Blog vasitəsiylə pul qazanmaq
Bildiyiniz kimi blogda pul qazanmaq üçün reklam etməkdən başqa çarə yoxdur. Yəni siz gərək blogunuzda reklam yerləşdirəsız və o reklamın sahiblərindən reklam etdiyiniz üçün pul alasınız.
Amma sizcə bir blogun ki, gündə 50 – 200 nəfər ziyarətçisi olur, bir şəxs gəlib belə bir səhifədə reklam verərmi? Reklam sifariş verən şəxs istəyər ki, onun reklamı çox ziyarətçisi olan saytlarda mövcud olsun və o saytların vasitəsiylə öz saytına çoxlu ziyarətçi axını olsun. Nəticə etibariylə az ziyarətçi olan blogun reklamçılar tərəfindən cəlb olunması mümkün deyil.
Bəs bu cür olduğu təqdirdə nə etməliyik? Necə edək ki, pul qazana bilək?
Bunun iki yolu vardır ki, onu da sizlərə açıqlayacağıq:
1- Çalişin blogunuzun çoxlu ziyarətçisi olsun. Necə? Blogunuzda çoxlu dəyərli mətləblər, məqalələr, materiallardan istifadə edin, blogunuzda gözəl şəkillər yerləşdirin və ziyarətçiləri cəzb edən movzulardan bəhs edin. Bu barədə bu məqaləni oxuya bilərsiniz.
Əgər blogunuzda çoxlu saytda ziyarətçi olsa mütləq sizə blogda reklam yerləşdirmək üçün sifarişlər olacaq. Əgər bilmək istəyirsiniz Azərbaycan internet məkanında bu cür bloglar var, ya yox, əlbəttə ki, var. Azərbaycanda neçə məşhur blogcu öz bloglarında reklam vasitəsiylə pul qazanırlar. Misal üçün: az-maz.com , baku.ws, mix.az , Joy.az və s.
Deyə bilərsiniz ki, bunlar blog deyillər, saytdırlar! Amma onu da xatırladaq ki, bunlar blogdurlar, çunku blog kimi yazar və yazarlar vasitəsiylə gündə ya neçə gündən bir yeni yazılar, materiallar dərc olunur. Və siz də öz blogunuzda eyni işi görə bilərsiniz. Sizin blog AzeriBlog sistemi tərəfindən dəstəklənir, onlarda isə başqa sistemlərlə. Sizin blog olarınkına baxanda sizə heç bir əlavə xərci yoxdur və siz limitsiz surətdə “AzeriBlog”un host və trafik imkanlarından istifadə edirsiz amma onlar bunun üçün əlavə pul ödəməlidirlər.
2- İkinci yol ilk dəfə blog yaradan və blogla məşğul olanlar üçün bir az qəliz ola bilər. Amma onu qeyd edək ki, həvəsi və səbri olanlar üçün çox rahat və gəlirli mənbədir. İndi dünyanın bir çox blogları və saytları Google şirkətinin reklam sisteminin (Google Adsense) vasitəsiylə çoxlu pul qazanırlar. Siz də altında “Google reklamları” yazılan bir neçə mətn və ya şəkillərin çoxlu sayt və bloglarda mövcud olduğunun şahidi olmusunuz. O reklamları həmin sayt sahibləri ya blogcular yerləşdirib və bu vasitəylə günlük gəlir əldə edirlər. Təbii ki, bu zaman da ziyarətçilərin çoxluğu əsas amillərdən sayılır və reklamların üzərinə vuraraq pul qazanılır. Amma necə?
Google saytı indi dünyada ən böyük internet şirkətidir və müxtəlif internet imkanlarından istifadə etməyə şərait yaradıb. İnternet istifadəçiləri Google vasitəsiylə milyon dollar pul əldə edirlər. Və bu qazancın çox faizini müştərilərin reklamlarından istifadə edərək əldə edirlər. Bunun üçün Google Adsense saytından istifadə etmək zəruridir.
Adsense.google.com saytından üzv olub, ordakı qaydalarla tanış olmağınız və istifadə etməyiniz məqsədəuyğundur. Qeyd edək ki, saytın türkcə və rus dilində versiyaları da mövcuddur ki, bu da sizlər üçün daha rahat şərait yaradar. Qeydiyyatdan keçdikdən sonra Google adsensedə olan kodları öz blogunuzun dizaynına uyğun şəkildə tərtib edib, blog saytınızda nümayiş etdirə bilərsiniz. Və bu vasitəylə Google reklamlarından gündəlik gəlir əldə etmə imkanı qazanarsınız. Google Adsense barədə geniş mövzunu başqa məqalədə siz əziz oxucularımızla paylaşacağıq.
Bunu da bilin ki, yuxarıda qeyd etdiyimiz sistem vasitəsiylə dünyada ayda minlərcə dollar pul qazanan çoxlu internet istifadəçiləri var və siz də onlardan geri qalmayıb AzeriBlog vasitəsiylə bunu reallaşdıra bilərsiniz. AzeriBlog Azərbaycan internetinin inkişafı naminə öz istifadəçilərini internetdən pul qazanmağa dəvət edir.

Avqust 1, 2007 4:40