Blog və ana dilimiz
Blog internet məkanında artıq neçə illərdir ki, istifadə olunan və günümüz virtual məkanında məşhur olan internet vasitələrindən biridir. Blog haqqında çox geniş məqalələr və saytlar yaradılıb. Biz bu məqalələrin bir neçəsini sizlərlə paylaşmışıq. Bu dəfəki məqaləmiz ana dilimizə həsr olunacaq.
Blog internet istifadəçilərinə səslənmək və fikir düşüncələrimizi çatdırmaq sistemidirsə, bu sistemi icra edən mexanizm birmənalı şəkildə dildir. Hər blogcu özünün tərzinə və savadına uyğun olaraq ana dilindən istifadə edir. Bloglarda əsasən sadə dildə, hamının anlayacağı dildə yazmaq dəbdədir.
Bir milləti millət edən, onu ucaldan ən ümdə vasitə o millətin dilidir. Əgər bir millət öz ana dilinə qiymət, dəyər vermirsə ölümə məhkumdur. Çox əfsus ki, internet məkanımızda Azərbaycan dilinə verilən dəyər çox aşağı səviyyədədir. Bu səviyyəni ucaltmaq, yüksəltmək isə biz internet istifadəçilərinin vəzifəsi olmalıdır. Bu niyyətdən önə çıxaraq çalışıb ana dilimizdə olan saytların, məlumatların, materialların sayını artırmalıyıq. Elə bizim bu blog saytımızın məqsədi də Azərbaycan internet məkanında Azərbaycan dilinin inkişafına təkan verməkdən ibarətdir. Misal olaraq blog saytları arasında ingilis dili, rus dili, alman dili məşhurkən fars dilli bloglar 4-cü yerdədir. Bu onu göstərir ki, farsca yazılan blogların sayı çoxdur və bu da onlarların öz dillərinin hesabına dünyada bloglar üzrə 4-cü yerdə olmalarına şərait yaradıb. (Şəkil mənbə: Azerphoto.com)
Bizlər də ana dilimizə hörmətlə yanaşıb, yazılarımızda, məqalələrimizdə bu hörməti gözləsək internetdə dilimizin inkişafına böyük bir dəstək olacaqdır. Ana dilimizin yüksəlməsi və inkişafında əl-ələ verib bunu gerçəkləşdirək və AzeriBlog olaraq üzərimizə düşən vəzifəni yerinə yetirək! Biz sizlərə inanırıq.
Blog internet istifadəçilərinə səslənmək və fikir düşüncələrimizi çatdırmaq sistemidirsə, bu sistemi icra edən mexanizm birmənalı şəkildə dildir. Hər blogcu özünün tərzinə və savadına uyğun olaraq ana dilindən istifadə edir. Bloglarda əsasən sadə dildə, hamının anlayacağı dildə yazmaq dəbdədir.
Bir milləti millət edən, onu ucaldan ən ümdə vasitə o millətin dilidir. Əgər bir millət öz ana dilinə qiymət, dəyər vermirsə ölümə məhkumdur. Çox əfsus ki, internet məkanımızda Azərbaycan dilinə verilən dəyər çox aşağı səviyyədədir. Bu səviyyəni ucaltmaq, yüksəltmək isə biz internet istifadəçilərinin vəzifəsi olmalıdır. Bu niyyətdən önə çıxaraq çalışıb ana dilimizdə olan saytların, məlumatların, materialların sayını artırmalıyıq. Elə bizim bu blog saytımızın məqsədi də Azərbaycan internet məkanında Azərbaycan dilinin inkişafına təkan verməkdən ibarətdir. Misal olaraq blog saytları arasında ingilis dili, rus dili, alman dili məşhurkən fars dilli bloglar 4-cü yerdədir. Bu onu göstərir ki, farsca yazılan blogların sayı çoxdur və bu da onlarların öz dillərinin hesabına dünyada bloglar üzrə 4-cü yerdə olmalarına şərait yaradıb. (Şəkil mənbə: Azerphoto.com)Bizlər də ana dilimizə hörmətlə yanaşıb, yazılarımızda, məqalələrimizdə bu hörməti gözləsək internetdə dilimizin inkişafına böyük bir dəstək olacaqdır. Ana dilimizin yüksəlməsi və inkişafında əl-ələ verib bunu gerçəkləşdirək və AzeriBlog olaraq üzərimizə düşən vəzifəni yerinə yetirək! Biz sizlərə inanırıq.
