Blog və dizayn
Aşağıdakı hallar blogunuzun dizaynının korlanmasına səbəb olacaq amillərdəndir:
1. Blogun əsas səhifəsində olan yazıların çoxluğu. Bəzi blogcular əsas səhifədə yazıların çox olmasını ziyarətçilər üçün rahat olduğunu zənn edirlər. Amma əfsus ki, əsas səhifədə yazıların çox olması həm blogun dizaynına mənfi təsir edir, həmçinin blogun ağır işləməsinə səbəb olur. Həmçinin bu hal ziyarətçini də yorur. Ən yaxşısı yazıları bölmələrə ayırmaq və ziyarətçinin istədiyi bölmə vasitəsiylə yazı və materiallarla tanış olmasını təmin etməkdir. Tovsiyə olunur ki blogın əsas səhifəsində 4 yazi və nəhayət 6 yeni yazınızı gösdərin.
2. Yazılarınızda ölçüsü olduqca böyük şəkillərdən istifadə etməyiniz də blog dizaynın qarışmasına səbəb olacaq amildir. Ona görə də çalışın istifadə etdiyiniz şəkil blogun yazı çərçivəsinə uyğun olsun. Bloglar üçün münasib olan ölçülər isə 400*300 piksel olan rəsmlərdir. Əgər şəkilin böyük görsənməsini istəyirsinizsə həmin yerləşdirdiyiniz normal şəkilə bağlantı verərək böyük şəkilin açılmasına nail ola bilərsiniz. Şəkillərin blogda görünüb, görünməməsindən əmin olsanız yaxşı olar.
3. Blogunuzu çalışın heç vaxt qara rəngdə etməyəsiniz. Bu istifadəçilərin gözünü yoran rənglərdən biridir. Blogda rəngbərəng yazı və ya rəsmlərdən istifadə etmək də blogun dizaynına mənfi təsir göstərir. Yazıların ölçüsü böyük və ya müxtəlif olduqda da bu dizaynın pis olmasına şərait yaradar.
4. Çalışın blogunuzda yazıları özünüz yazasınız. Hər-hansı yerdən kopyaladığınız yazıları birbaşa blogunuza yerləşdirməyin. Ola bilər ki, həmin yazının ölçüsü və rəngi sizin mütəmadi yazdığınız yazıya uyğun olmasın. Ən yaxşı üsul isə həmin yazını “Editor” proqramında açmaq və ordan “copy” edib bloga yerləşdirməkdir.
5. Blogda Java kodlarından istifadə etməsəniz daha yaxşı olar. Bu cür kodlar blogun dizaynının qarışmasına səbəb ola bilər. Əsasən də ayrıca açılan pəncərələr də məsləhət deyildir.
6. Çalışın blogunuz hazır olduqdan sonra onu 3 browserdə, “İnternet Explorer”, “Mozilla” və “Opera”da açın və baxın görün hər-hansı problem varmı? Çünki ola bilsin blogunuz bu üç browserdən hansındasa qarışıq olsun. O qarışığlığı aradan qaldırmağın yolu isə sonradan əlavə etdiyiniz kodları silməklə mümkündür.

Salam. sizin fikrinizi bilmək istəyirəm sizcə mənim о blogun dizaynı və görüntüsü yaxşıdımı və əksik vəya səf olan birşeylər varmı ? http://sebebkar.azeriblog.com/
Aprel 15, 2008 10:58