Blog yaratmaq asandır, blogcu olmaq çətin.
Blog xidməti sizə çoxlu imkanlara malik xidmətlər verir və bu imkanlarla siz məlumat bazanısı genişləndirə və geniş kütləyə öz fikir, düşüncə, materiallarınızı paylaşa bilərsiniz. Fəqət blog yaratmaqla blogcu olunmadığını bilməyiniz vacibdir. Bəs necə blogcu olmaq olar?
logcu olmaq üçün ilk növbədə yaratdığınız bloga ciddi və ən əsası maraq, həvəs göstərməyinizdir. Siz hər gün də olmasa iki gündən bir blogunuza yazı yaza, material əlavə etməklə blogcu statusuna yiyələnə bilərsiniz.
İndi dünyada bir çox blogcular var ki, xəbər servislərindən də məşhurdurlar. Bu məşhurluğun sayəsində blogları minlərlə ziyarətçi qəbul edir və bununla yüksək səviyyədə qazanc da əldə edirlər. Dünyanın ən məşhur bloglarına bunları misal göstərmək olar: gizmodo.com , boingboing.net , dailykos.com , slashdot.org və s.
Nəticə: Əgər blog yazmaq sizi maraqlandırırsa və blogcu olmaq niyyətiniz varsa ciddi fikirləşin. Çünki siz bu işə vaxt sərf edəcəksiniz, əgər ciddiyyət olmasa bütün zəhmətləriniz hədər ola bilər.
