Blogçuluq jurnalistikanın bir addımlığında
İnternetdə blog sisteminin geniş yayılması virtual jurnalist olmağımıza şərait yarada bilərmi? Blog yazmaq qəzet və ya jurnal yazmaq kimi bir şeydirmi? Bu sualların cavabı günümüz internet məkanında öz əksini tapmışdır: Bəli! Hal-hazırda bir çox blogçular qəzet və ya jurnallardan tez məlumat alıb, onu yayımlamaq gücünə malikdirlər. Hətta qəzetlər, jurnallar bu gün həmin blog saytlarına istinadən məlumatlar və xəbərlər yayaraq, materiallardan istifadə edirlər.
Məsələn 2004-cü ildə blog saytları bəzi xəbər saytları və qəzetlərdən önə keçərək ABŞ-da baş verən prezident seçkiləri barədə məlumatı ilk öncə çatdırdılar. Həmçinin Asiyadakı sunami qəzasında da eyni hal təkrarlandı.
Bəli, internetdə blogdan istifadə etməklə blog istifadəçiləri jurnalist tituluna sahib olma imkanı qazanırlar, eyniylə jurnalistlər kimi isti, maraqlı xəbərlər, məlumatlar çatdıra bilirlər. Sizlər niyə bu fürsətdən istifadə etmirsiniz ki? Hal-hazırda dünyada minlərlə jurnalistin özünün şəxsi blogu mövcuddur və bir çox agentliklər də həmin bloglardan materiallar götürərək, istifadə edirlər. Fürsəti əldən verməyin, AzeriBloga qoşulun və blogunuzu yaradaraq, Azərbaycan internet məkanına öz töhvənizi verin!
