Blogumuzu axtarış sistemlərində necə tanıtdıraq?
Blogunuzun axtarış sistemlərində tanınması ziyarətçilərinizin sayının artmasına və dolayısı ilə sayğacınızın çoxalmasına səbəb olacaqdır. Aşağıda bir neçə axtarış sistemlərinə üzv olmağınız barədə yazacağıq.
Google.com saytında üzvlük:
Öz bloginizi Google saytının axtarış sisteminə tanındırmaq üçün bu səhifiyə gedin. Öz blog ünvanınızı “URL” önündə tam yazın. Məsələn: http://demo.azeriblog.com Blogunuz haqqında bir az məlumatı “Comments” olan yerdə qeyd edərək, şəkildə olan kodları yazib va altdaki “Add URL” duyməsinə vurun.

Yahoo.com saytında üzvlük:
Pulsuz blogunuzu Yahoo saytının axtarış sisteminə tanındırmaq üçün ilk öncə Yahooda bir hesabınız olmalıdır. Bundan sonar bu səhifəyə girərək öz hesabınızı (İDnizi) və şifrənizi yazdıqdan sonra axtarış sisteminə üzvlük üçün form açılacaq. Formda “Enter the URL for your page” olan yerdə blogunuzun ünvanını daxil edin. Məsələn: http://demo.azeriblog.com RSS xidmətinin ünvanını istəyən bölmədə isə öz blognuzun RSS xidmətinin ünvanını yazın. Məsələn: http://demo.azeriblog.com/rss Bu ünvanları yazandan sonra "Submit URL" düyməsinə vurun.


MSN axtariş sisteminə tanindirma
Blogi MSN axtariş sisteminı tanindirmaq buna görə ki bu saytin axtariş sistemi gün bə gün inkişaf olunur və Windows sisteminin yeni versiyalarinda dəyərli rol oyneyur, çox əhəmiyyətlidi və butun istifadəçilərər tovsiyə olunur.
Bloginizi MSN saytının axtarış sisteminə tanındırmaq üçün səhifəsinə daxil olun. “Characters” önündə şəkildəki kodları yazdıqdan sonra “Type the URL of your homepage” yerində blogunuzun ünvanını qeyd edin. Daha sonra “Submit URL” düyməsi üzərinə basın.

Neçə əhəmiyyətli noktə:
Sizin blogunuzun axtarış saytların sisteminə üzv olunması bir neçə müddətdən sonra reallaşır. Ona görə də tez bir zamanda axtarış verib blogunuzu görməsəniz kədərlənməyin. Axtarış sistemlərində yaxşı səviyyəyə nail olmaq üçün blogunuzda yazıların və ziyarətçi sayının çox olması şərtdir.
Yaxın dostunuz və ya tanışınızın saytında öz blogunuzun keçidini yerləşdirin. Digər saytlarda da sizing blogun keçidi olsa bu blogunuzun mə.hurlaşmasına və axtarış sistemlərində səviyyənin artmasına səbəb olacaq.
Google saytının axtarış sistemi sayğacında 0-10 bal vardır. Hər saytın balı 10-a yaxın olsa o sayt axtarış nəticələrində ilk səhifələrdə göstəriləcək. Blogunuzun Google saytının axtarış sistemində səviyyəsini bilmək üçün bu səhifədən istifadə edə bilərsiniz: http://www.showpagerank.info/
“Website Address” olan yerdə öz blogunuzun ünvanını yazın. Məsələn: http://demo.azeriblog.com “Rank it” düyməsinə vuraraq saytınızın müxtəlif vaxtlarda sayğacı ilə tanış olun.

