Blogun çirkin və ya cazibəsi
1. Blog açılar açılmaz hər-hansı bir musiqinin avtomatik surətdə oxuması. Bəlkə blogunuzu ziyarət edən həmin musiqini sevmir və yaxud onun internet surəti zəyif olduğu üçün sizin blogu ziyarət edərkən həmin musiqi ziyarətçinin browserində yükləmə yarada bilər.
2. Blogda Java kodlarınnan istifadə etmək hətta sizin bloga gözəllik qatsa belə saytı ziyarət edənləri narahat edə bilər. Məsələn hər hansı xoş gəldin ismarışı və ya yersiz yerə açılan pəncərələr.
3. Blogunuzda hər yazıda çoxlu sayda şəkildən istifadə etmək də blogunuzu ziyarət edənlər tərəfindən normal qarşılanmaya bilər. Çünki bu cür hal sizin blogun ağır açılmağına və işləməyinə səbəb olacaq ki, bu da ziyarətçini blogunuza girməkdən çəkindirər.
4. Blogda uzun yazıların olması da forumu gözdən salır və ziyarətçini də çox yoran amillərdəndir. Çalışın uzun yazılar olduqda əsas səhifədəhəmin yazı barədə 4-5 cümlə yerləşdirdikdən sonra ardını „Davamı“ düyməsi ilə ayırın.
5. Yazıların başlığının olmaması və bölmələrə ayrılmaması da blogun səliqəsizliyinə səbəb ola bilir. Səliqəsizlik isə hər zaman mənfi halların yaranmasına səbəb olur. Belə olduğu təqdirdə də ziyarətçilərin blogunuzu ziyarət etməsinin qarşısı elə sizin tərəfinizdən alınır.
6. Böyük şəkillərdən istifadə etmək sizin blogunuzun görünüşünü dizaynını sarsıdan səbəblərdən biridir. Blogunuzun qarışıq olmaması üçün çalışın əsas səhifədə çərçivəyə sığacaq ölçüdə şəkillər yerləşdirin və əgər böyük görsənməsini istəyirsinizsə həmin yerləşdirdiyiniz normal şəkilə bağlantı verərək böyük şəkilin açılmasına şərait yaratmağınız məqsədəuyğundur.
Aşağıdakı hallar blogunuzun cazibəli olmasına səbəb olar:
- İlk öncə özünüz barədə qısa amma dolğun məlumatın blogda qeyd edilməsi.
- Blogunuza gözəl, sadə dizaynın seçilməsi.
- Yazılarınızda istifadə etdiyiniz material, məlumatların mənbəyinin yazılması.
- Yazılarınızın hər zaman standart ölçü və rənglərdə yazılması.
- Hər hansı bir yazıya uyğun keçidlərin istifadə olunması.
- Yazdığınız yazıya uyğun şəkillərin əlavə edilməsi. İnternetdə mövcud olmayan və sizin tərəfinizdən çəkilən maraqlı şəkillərin yer alması.
- Bloga hər gün olmasa da iki gündən bir yazı və ya materialın əlavə olunması.
- Unutmayın ki, blogunuz dizayn cəhətdən nə qədər göz oxşasa da bloga əsas gözəllik verən ordakı yazılan məlumat və materiallardır.

men bu meslehetleri sizden evvel nece-nece tanishima basha salmisam.Amma bu barede sehife yazmaq hevesinde deyildim .Yeni chox da uzun mesele deyil.Siz bu azeriblog.com domenini bu qeder asan qeydiyyata vermisiz.Amma men onu istifadede paneline gire bilmirem.Bu meslehetlerden biraz ozunuze verim:"Girish formasini bir az asand edin ki,biz de oz milletimizin domeninden istifade edek"
Yanvar 17, 2008 12:39