Blogun sayğacı
Blogçular üçün əhəmiyyətli şeylərdən biri də blogunuzun gündə və ya ayda neçə dəfə ziyarət edildiyini bilməkdir. Bunun üçün pulsuz sayğac xidməti verən saytlarda üzv olub və o sayğac kodunu blogunuzun səhifəsinə yerləşdirməlisiniz. Bu kodlar əsasən qısa Java kodlarından ibarətdir və siz onu çox rahat surətdə öz blogunuzun əsas səhifəsinə qoya bilərsiniz.

Aşağıda sizlərə bir neçə sayğac saytı təqdim olunur ki, bu saytlardan istifadə edərək şəxsi sayğaca sahib ola bilərsiniz. Onu qeyd edək ki, bu saytların təqdim olunması istifadəçilərə kömək niyyəti daşıyır və AzəriBlog bu saytlara görə heç bir məsuliyyət daşımır:
Saytların ünvanı:
www.ilk10.az
www.inet.az
www.a-z.az
www.azlinkcatalog.com

Qeyd etmək istəyirəm ki, İLK-10 reytinq sisteminde qeydiyyatdan keçərkən "Blog" kateqoriyasını seçməyiniz lazımdır. Düzgün seçilmiş axtarış sözləri (keywords) və saygac HMML kodunun blogunuza əlavə olunması, blogunuzun populyarlıgını artırmaq üçün ən vacib vasitələrdəndir.
Uğurlar!
İyul 22, 2007 19:49