Top blogcu olmağın 10 yolu
Digər blog sahibləriylə əlaqə saxlayın!
Blogların əksəriyyətində sahiblərinin e-mail ünvanları yazılır. Çalışın onlarla dost olun. Onların səhifələrini izləyin və şərhlərinizi yazmaqdan çəkinməyin.
Daim yenilənin, yeniləyin!
İşiniz çox, vaxtınız az ola bilər. Amma unutmayın ki, blogunuzun populyarlaşmasını istəyirsinizsə, səhifənizdəki məlumatları və faylları daima yeniləməlisiniz.
Linklərdən bol istifadə edin!
Blogunuzda digər bloglar və onların müəllifləri haqqında yazın. Bununla siz digər blogçunun da öz blogunda sizin barədə yazı yazmasına şərait yaratmış olacaqsınız. Müxtəlif faydalı ola biləcək linklər yerləşdirin. O linklərin sahibləri də sizing blogunuza keçid linki yerləşdirəcəkdir. Dünyanın ən tanınmış blogçusu Jeff Jarvis deyir: “Bu yeni dünyada, keçid linkləri sizin pulunuz və etibarınız deməkdir! Onlar sizin blogunuzun məşhurlaşması deməkdir!”
Aldatmayın!
Unutmayın! Yerləşdirəcəyiniz məlumatlar və fayllar əsaslı və həqiqəti əks etdirən olmalıdır. Dürüst olun ki, sizi seçsinlər!
Cavab yazın!
Blogunuza yazılan hər şərhə və sizə ünvanlanan hər məktuba mütləq cavab bildirin! Bununla siz bildiərəksiniz ki, blogunuzun ziyarətçiləri sizig üçün əhəmiyyətlidir! Beləliklə siz də onlar üçün əhəmiyyət kəsb edəcəksiniz.
Özünüzü təqdim edin!
Çalışın blogunuzda özünüz barədə ziyarətçilərə məlumat verəsiniz. Ziyarətçilər bilsinlər siz kimsiniz və blogdakı məlumatlar kimə məxsusdur. Amma sirlərinizi paylaşmayın.
Tənqidə açıq olun!
Blog bir növ fikir alış-verişidir. Sizin fikrinizə qarşı yazılan hər hansı bir tənqidə görə narahat olmayın. Əksinə, obyektivliyinizi daim qoruyun və tənqidləri hər tərəfli incələyib fikrinizi yazın.
Sirrləri saxlamağı bacarın!
Başqa şəxslərin, blogların və sahiblərinin hər hansı sirlərini və şəxsi məlumatlarını öz blogunuzda yerləşdirməyin! Bununla siz blogunuzun səviyyəsini aşağı salmış olacaqsınız.
Blogunuzu unutmayın, blogunuzla yaşayın!
Blog yaratmaq fikriniz varsa, unutmayın: Blogunuz sizin həyatınızın mühüm parçası olmalıdır. Heç bir zaman onu arxa plana atmayın. Blogunuz siz deməkdir, sizin düşüncələrinizin aynası deməkdir!
