Uşaqlar üçün blog
Uşaqları yazmaqdan hürküdüb qaçırtmaq heç də yaxşı iş deyil. Gənc yazıçı kimi blog yazmaq onların gələcəklərinə uğurlu qapılardan biridir. Blog yazmağa başlamaq üçün öz uşağınızı həvəsləndirin!
Uşaqlar auditoriyaya malik olmağı sevirlər. Onlar istəyirlər ki, yazdıqları oxunsun və onlara diqqət yönəldilsin. Yazı qaydalarını və qrammatikanı öyrənmək üçün də uşaqların blog yaratması çox xeyirlidir. Uşaqların blog yazmasıyla bu potensial faydalara malik olmaqları qaçılmazdır:
Faydalar:
1- Məsuliyyət öhdəliyi: hər gün yazı yazmaq və blogda müntəzəm yeniləmələr etmək uşaqlara intizam öyrədir və məsuliyyət daşımağı tələb edir.
2- Kommunikasiya: blog yazmaq dostlar və qohumlar ilə kommunikasiyanı (əlaqəni) artırır, blog yazmaq qohumlar ilə (onlar ki, uzaq məsafədə yaşayırlar) birləşmək üçün uşaqlara imkanyaradır.
3- Texnologiya: blog yazmaq uşaqları internet texnologiyaları ilə tanış edir. Uşaqların internet haqqında məlumatı olmasına şərait yaradır.
4- Yazmağ bacarıqlığı: uşaqlar yazı yazmaqla öz fikir və düşüncələrini təbii şəkildə çatdıraraq yazı yazma qabiliyyətlərini inkişaf etdirmiş olacaqlar. bu da həmçiningələcəkdə fikirlərini düzgün şəkildə ifadə etməyə köməklik göstərəcək.
5- Redaktə etmə bacarıqları: redaktə etmək də əsas bacarıqlardan biridir ki, yanlış fikir və ya məlumatı düzgün formaya salıb oxuculara çatdırmaq özü bir istedad tələb edir. Ki, bu da blog yaratmaqla mümkün olan amillərdəndir.
6- Klavyaturada yazmaq: Gənc yaşda klavyatura ilə tanış olmaq uşaqlara hərflərin yerləri və funksiyaları ilə tanış olmağa kömək edəcək və onları tez və qısa zamanda təcrübəli makinaçılar edəcək.
Çünki blog yazmaq uşaqları internet aləminə daxil edir, valideynlər və müəllimlər gərək internetin təhlükələri haqqında onlara məlumat versinlər. Uşaqalar gərək öyrənsinlər ki, internet qlobaldır və bu qlobal dünyanin xeyirli ynləri ilə yanaşı ziyanlı cəhətləri də mövcuddur. Öz uşaqlarınıza ətraflı şəkildə olmaq şərti ilə blog yaratmağa və yazmağa təşfiq edin!
